Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-05-2024 , 23:22

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Sevinc Atayeva: “Ətraf mühitin sağlamlaşdırılması naminə həyata keçirilən aksiyaların gələcəkdə miqyasının genişləndirmək niyyətindəyik”

 

“Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas məqsədlərindən biri də ətraf mühitin mühafizəsini və insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir”-bu fikirləri Xəzər rayonu Şağan bələdiyyəsinin sədri Sevinc Atayeva deyib.

Şağan bələdiyyəsinin əsas fəaliyyət istiqamətlərindən biri də məhz qəsəbənin yaşıllıq zolağını daha da genişləndirmək, qəsəbənin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.

Bununla bağlı  bələdiyyə bu günlərdə daha bir layihəni icra edib.  Belə ki, Mərdəkan prospektinin  qəsəbə ərazisindən keçən  hissəsində çoxsaylı dekorativ gül kolları əkilərək aqrotexniki qulluq göstərilmişdir.

Qeyd edək ki, sözügedən ərazidə mütəmadi olaraq abadlıq işləri aparılır, ekoloji tələblərə uyğun yaşıllığa aqrotexniki qulluq göstərilir, eyni zamanda dekorativ ağac və kollar əkilərək qeyd olunan yaşıllıq zolağının paytaxtın dilbər guşəsinə çevrilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

Belediyye.info


Xanım sədr bildirib ki, ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması naminə həyata keçirilən belə nəcib aksiyaların gələcəkdə miqyasının genişləndirilərək daha böyük ərazini əhatə etməsi nəzərdə tutulub.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər